Göydən başımıza qızıl yağacaq: ikinci Ay peyda olacaq

NASA Günəş Sistemindəki bir asteroiddə olan qiymətli maddələrin dünya iqtisadiyyatının 137 min qatı qədər dəyərli olduğunu aşkarlayıb. Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, Yupiter və Mars planetlərinin arasında olan asteroiddə 10 katrilyon dollar dəyərində nikel, dəmir və qızıl kimi maddələr var. Dünya iqtisadiyyatının ümumi dəyəri isə 73,7 trilyon dollardır. NASA 200 kilometr həcmində olan asteroidə 2023-cü ildə kosmik gəmi göndərmək istəyir. Lakin hələlik asteroiddəki dəyərli maddələrin yerə necə gətiriləcəyinin yolu tapılmayıb. Asteroiddəki maddələrin Yerə gətirilməsi dünya iqtisadiyyatı üçün xeyirli ola bilər. Lakin bunun kosmik mədənçiliyin yayılmasına və kosmosa səyahətlərin dəyərinin düşməsinə səbəb olacağı da istisna edilmir.
İndiyə qədər Yerə yalnız bir dəfə asteroiddən material gətirilib. Yaponiya Kosmik Agentliyinin “Hayabusa” adlı kosmik gəmisi 2010-cu ildə “25143 itokava” asteroidindən bir neçə parça toz gətirib. Alimlər bu işi asanlaşdırmaq üçün asteroidləri solar-elektrik ion motorları ilə Yerə yaxınlaşdırmağı düşünür. Bu vasitə ilə göy daşlarından Yerin yaxınlığında böyük bir qaya düzəldilməsi planlaşdırılır. Bu, bir növ ikinci Ay olacaq.
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO











