Hobbisini biznesə çevirdi - Bakı sakini qeyri-adi velosiped hazırlayır - VİDEO

Bakı sakini Rafael Həmidoğlu qeyri-adi dizaynlı velosiped hazırlayır. Avtosfer.az-ın məlumatına görə, 10 ildən çoxdur ki, velosiped dizaynerliyi ilə məşğul olan Rafael Həmidoğlu bu işə uşaqlıqdan marağı olduğunu deyir. Həvəskar olaraq başladığı əl işlərini sonradan daha da təkmilləşdirib. Onun hazırladığı velosiped modelləri çox sərnişin yerli olması, təkər sayının iki, ya da daha artıq olması ilə seçilir. Rafaelin sözlərinə görə, hazırladığı velosipedlərə həddindən artıq maraq var. Bir velosipedi hazırlamağa isə ona cəmi bir neçə gün vaxt lazım olur. Dizaynerin son hazırladığı velosiped isə həm görünüşü, həm də üzərində istifadə olunan detalları ilə xüsusi olaraq seçilir.
Rafael deyir ki, velosipedlərin hazırlanmasına çox əziyyət çəkdiyindən ilk vaxtlar onları satmaq istəməyib. Lakin sonradan tələbat çox olduğundan hobbisini biznesə çevirib. O, eyni modeldən sadəcə 1 ədəd hazırlayır.
Rafael, gələcəkdə velosiped biznesini daha genişləndirmək və dünya bazarına çıxmaq istəyir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












