İnsanların ölümünə səbəb olan “Guoliang tuneli” - VİDEO

Çinin Hunan əyalətindəki Taihang dağı, dünyanın ən təhlükəli tunelinə ev sahibliyi edir. Bölgədə yaşayan kəndlilər tərəfindən inşa edilən “Guoliang tuneli” 5 metr hündürlüyündə, 4 metr enində və 1200 metr uzunluğundadır. Dağın dik qayalıq hissələrində qazılan tunelin inşası vaxtı bir çox kəndlilər həyatını itirib. Ancaq tunelin aldığı canlar bununla məhdudlaşmır. Avtosfer.az xəbəbr verir ki, bu yolun maraqlı bir tarixi var. Belə ki, 1972-ci ildən əvvəl dağların arasında yerləşən Guoliang qəsəbəsi ətraf dünyadan tamamilə xəbərsiz yaşamağa davam edən bir vaxtda bir qrup adam kəndləri üçün bir şey etmənin zamanı gəldiyinə, özlərinin dağın arxasındakı yerə çatmalarını təmin edəcək bir yol inşa etmələrinin lazım olduğuna qərar verirlər.
Dağın yol tikiləcək bir quruluşa sahib olmaması bəzilərinin bu fikirdən daşınmasına səbəb olsa da Shen Mingxin adlı nəfər sonda kəndliləri yolu inşa etməyə razı sala bilir.
Kəndlilər həyətlərində olan mal-qaranı, özlərinin bəzi zinət əşyalarını sataraq əldə etdikləri pul ilə avadanlıq alırlar. Beləliklə 13 kəndli yolu açmaq üçün dağı dəlməyə başlayır.
İllərə davam edən bu iş bir çox insanları ölümün səbəb olsa da nəhayət kəndlilər istəklərinə çatırlar
Qeyd edək ki, “Guoliang tuneli”nin 30 dan çox pəncərəsi var ki, bu da elektrik olmayan qəsəbədə avtomobillərin qaranlıq tunelin içində gün işığından faydalananmasına səbəb olur. Lakin bu pəncərələr həm də tunel qazılırkən içəridə qalan və çox ağır olan daş parçalarının çölə atılması üçün açılmışdı.
Orxan
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?

















