“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

Təxminən 2 il əvvəl M10 tətbiqi kütləvi reklam edilərkən ciddi maraq doğurdu. Metrolarda, əhalinin sıx toplaşdığı yerlərdə reklamçı qızlar proqramı yükləmək üçün insanlara kömək edirdilər.
Bu təkliflərdən birinə qulaq asaraq mən də təxminən 2 il əvvəl tətbiqi yüklədim və bir müddət istifadə etdim. İlk vaxtlar hər şey yaxşı gedirdi. Tətbiqdən gediş haqqını ödəmək üçün istifadə edirdim. Ən maraqlı iş isə bütün avtobuslar üçün balansdan standart 50 qəpik çıxılması idi. Məsələn, 1 manat 30 qəpiklik aeroport ekspresi də, şəhərdaxili avtobus da M10-la cəmi 50 qəpik idi.
Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi - SƏBƏB
Tətbiqə pul yükləməyi isə “Kapital Bank” kartı ilə aparırdım. Əvvəlcə hər şey yaxşı gedirdi. Sonradan necə oldusa bu kartla M10 balansını artırmaq mümkün olmadı. Məsələ ilə bağlı “Kapital Bank”a 2 dəfə müraciət etsəm də, heç nə alınmadı. Digər kartlarla ödəniş mümkün olsa da, “Kapital Bank” kartımla ödəniş mümkün olmur.
Ödəniş mümkün olmadığı üçün tətbiqdən istifadəni dayandırdım. Bu yaxınlarda isə mənə “Kapital Bank”dan zəng edərək tətbiqi nə üçün 1 ildir istifadə etmədiyimi soruşdular. Mən problemi dedikdə nəzakətlə məsələnin həll ediləcəyini dedilər. İşi tezləşdirmək üçün ertəsi gün bankın filiallarından birinə müraciət edib problemi bildirdim. Yenə də söz verildi, lakin problem həll edilmədi.
Beləcə, xırda bir texniki problemə görə, kifayət qədər praktik olan M10 tətbiqindən istifadə etmək mümkün olmur.
Vüqar
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












