Kəşfiyyatın məxfi sənədi üzə çıxdı: Sibirdə yadplanetlilər əsgərləri daşa döndərib - FOTO

Sibirdə naməlum uçan obyekt (UNO) 23 əsgəri daşa çevirib.
Avtosfer.az “Daily Mail”ə istinadla xəbər verir ki, bu barədə məlumatlar Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) məxfiliyi ləğv edilən 250 səhifəlik fayllarında yer alıb.
MKİ sənədində yazılır ki, UNO Sovetlər üzərində alçaqdan və səssizcə uçan zaman naməlum səbəblərdən Sovetlər İttifaqı tərəfindən raket atılıb, bu da kosmik gəminin Yerə çırpılmasına səbəb olub.

Belə ki, Sovet qoşunları Sibirdəki hərbi hissəsinin üzərində UNO-nu vurub. Təxminən 35 il əvvəl baş verən enerji partlayışı nəticəsində 23 əsgərin daşa döndüyü iddia edilir.
Sənəddə qeyd edilir ki, şahidlər məhv edilmiş gəmidən beş yadplanetlinin çıxdığını, birləşərək tək bir canlıya çevrildiyini görüb. Topa bənzəyən yadplanetlinin parlaq aş işığa dönməzdən əvvəl əvvəlcə vızıldamağa və tısıldamağa başladığı deyilir. Daha sonra güclü bir enerji partlayışının baş verdiyi və əsgərlərin qayaya çevrildiyi bildirilir.
MKİ bu müharibəni “yerdən kənar varlıqların qisas almasının qorxunc, qan donduran mənzərəsi” kimi təsvir edib.
Təşkilatdan bildirilib ki, son dərəcə təhdidedici hadisə Yerə gələn yadplanetlilərin ABŞ hökumətinin ehtimallarından daha çox silah və texnologiyaya malik olduğunu sübut edir.

2000-ci ildə üzə çıxarılan və məxfiliyi ləğv edilən sənəd bu yaxınlarda “AI və ya Evil” podkastında nümayiş olunub.
Aparıcı Coş Huper UNO-nun qəza yerində olan əsgərlərdən 2-nin sağ qaldığını açıqlayıb. Sənəddə əsgərlərinin 2-nin sağ qalmasının tək səbəbi kimi enerji partlayışı zamanı kölgəlik ərazidə dayanmaları göstərilib.
Məlumata görə, 23 əsgərin və kosmik gəminin qalıqları Moskva yaxınlığındakı gizli tədqiqat bazasına aparılıb.
Əsgərlərin cəsədləri üzərində aparılan sınaqlar baş verən partlayışın canlı toxumanı hansısa yolla əhəng daşına bənzər maddəyə çevirdiyini üzə çıxarıb.
Bir Kanada qəzeti hadisənin 1989-1990-cı illər arasında baş verdiyini ehtimal edir. Hadisə Sovet İttifaqı və KQB-nin dağılmasından sonra Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən üzə çıxarılıb.
Ölümcül partlayışa hələ də bilinməyən bir enerji mənbəyinin səbəb olduğu bildirilir.
Nəşrin yazdığına görə, 2025-ci ildə belə bir şokedici çevrilişin (yadplanetlilərin birləşməsi) arxasındakı elmi tibbi və texnoloji baxımdan izah etmək çətindir (ölkə.az).
İstiyə görə Daşkənd metrosunda interval 14 dəqiqə oldu - FOTO
İlk avtomobilini alanların diqqətinə: Ən təhlükəsiz modellər AÇIQLANDI
Prezidentin gündəmə gətirdiyi məsələ: Elektrikli avtomobillərdə FM radio problemi necə həll olunur?
Daşkənddə küçələr belə soyudulur
Bu ölkədə avtomobillərin örtüyünü çıxaranları ağır cəza gözləyir - SƏBƏB
Şuşanın Qarabağ küçəsi niyə "Tarqovı" ilə müqayisə edilir? – FOTO
Ac sürücü özünə və başqalarına risk yaradır
Hansı avtomobil markasının sürücüləri daha yüksək IQ-yə malikdir? – ARAŞDIRMA
Mexaniki avtomobillərdə yanacağa necə qənaət etmək olar? - İZAH
Şiddətli istilər və pivə istehsalçılarının puç olan planları
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?










