“Lamborghini” smartfonu satışa çıxarılıb

“Tonino Lamborghini” şirkətinin istehsal etdiyi 2450 dollarlıq “Alpha-One” smartfonu satışa çıxarılıb. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, “Qualcomm Snapdragon 820” prosessoru ilə təchiz edilən smartfon 4 giqabayt operativ və 64 giqabayt quraşdırılmış (microSD kartları üçün çıxış da nəzərdə tutulub) yaddaşa malikdir. “Quad HD” təsvir ölçülü 5,5 düym diaqonallı ekran “AMOLED” texnologiyası əsasında hazırlanıb. Həmçinin, “Alpha-One” 20 meqapikselli əsas və 8 meqapikselli ön kameralarla təchiz olunub.
Məlumata görə, 3250 milliamper/saat tutumlu akkumulyator “Quick Charge 3.0” sürətli enerjidoldurma funksiyasını dəstəkləyir. Bundan başqa, smartfon iki SİM kartla işləyə bilir.
Yeni qurğunun qiymətinin baha olması təkcə “Lamborghini” əmtəə nişanı ilə deyil, smartfon korpusunun maye metaldan hazırlanması, eləcə də bəzək üçün bahalı italyan dərisindən istifadə edilməsi ilə izah edilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












