Latın Amerikasının ən çox qazanan prezidentləri – SİYAHI

Latın Amerikası ölkələrinin dövlət başçıları arasında ən çox maaş alan Qvatamela prezidenti Cimmi Moralesdir. Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, Qvatamela hökumətinin rəsmi məlumatına əsasən, Morales bir aya 19,3 min ABŞ dolları məbləğində məvacib alır, bu isə ölkədəki minimum əmək haqqından əlli dəfə çoxdur. 2016-cı ildə Morales bəyan etmişdir ki, dövlət başçısı vəzifəsində əldə etdiyi gəlirin 60%-ni xeyriyyə işinə xərcləyəcək. İlk beşlikdə Moralesdən sonra Çilinin prezidenti Mişel Baçalet (14,9 min dollar), Meksika prezidenti Enrike Penya Nyeto (13,8 min dollar), Uruqvayın dövlət başçısı Tabare Vaskes (11,6 min dollar) və Kolumbiya lideri Xuan Manuel Santos (11,3 min dollar) qərarlaşıb. Peru, Honduras, Venesuela, Boliviya və Nikaraqua kimi ölkələrin prezidentləri bir aya beş min dollardan az əmək haqqı alırlar. Ən "kasıb" dövlət başçısı isə Nikaraquanın prezidenti Daniel Orteqadır. Onun bir aylıq maaşı 3,2 min dollar təşkil edir.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












