Misirin sirli məkanı: 3 min illik məbəddə helikopter rəsmi – FOTO + VİDEO

Abidos məbədi tarixi uzun illərə dayanan, Misirin ən önəmli yerlərindən biridir. Son illərdə rast gəlinən və olduqca təəccübləndirici təsvirlər bu məbədi məşhur edib. Avtosfer.az xəbər verir ki, bu barədə musavat.com sizə bu məbəd haqqında gizli qalan faktları təqim edir. Məbədlərin olduğu yer qədim Misirdə dini mərkəz idi. Misirin ilk fironlarının dəfn olunduğu bu ərazi həmin dövrün yeraltı tanrısı Osirisin ibadət etdiyi yer kimi də bilinir. Abidos adı verilən bu məbəd xüsusilə son 1-2 ildə diqqət çəkməyə başlayıb. Bunun səbəbi isə buraya gələn ziyarətçilər tərəfindən heroqliflərin üzərində aşkar edilən helikopter, UNO, sualtı qayıq və qırıcı təyyarə şəkillərinin əks olunmasıdır. Həmin heroqliflər Abidosda I Seti məbədində tapılıb. Bu heroqlifin tarixinin 3 min il olduğu da iddia edilir. Bəzi iddialara görə, bu heroqliflər qədim misirlilərin yadplanetlilərlə əlaqəsinin olduğunu və bu şəkillərin onlardan aldıqları məlumatlar əsasında hazırlamalarını sübutudur. Lakin elm adamları isə bu iddiaları qəbul etmir və bu şəkillərin manupulyasiyaya uğradılaraq bu hala gətirildiyini söyləyir. Daha bir ehtimala görə isə bu şəkillər heroliflər üzərində üst–üstə başqa simvolların oyulmasından ortaya çıxıb. Və bu şəkillər o dövrün fironlarının adlarının önünə qoyulan simvollar idi. Bu fotoya da diqqətlə baxdıqda hər fironun 5 fərqli adının olduğunu və hər adın önünə firona aid simvolun əlavə edildiyini aşkar etmək mümkündür. Elm adamlarının da buradan çıxardığı nəticəyə görə, həmin bu firon adlarının müəyyən hissələri pozulub və nəticədə bu cür şəkillər əmələ gəlib. Lakin bu şəkillərin şüurlu bir şəkildə hazırlanması da diqqəti çəkir. O dövrün fironları olan I Seti və II Ramzesin adlarının üst-üstə oyulmasının da bu şəkilləri ərsəyə gətirməsi mövcud iddialar sırasındadır. Bu sirli yerin həqiqətən də yadplanetlilər tərəfindən ziyarət edildiyini, yoxsa bu şəkillərin eləcə təsadüfən ərsəyə gəldiyini hələ də tam şəkildə müəyyən etmək mümkün olmayıb. Sirlərlə dolu qədim Misir daha bir kəşfi ilə yenə beyinlərdə suallar yaradıb.




3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












