NASA 5 yaşlı müsəlman uşağın çəkdiyi raket "çertyoj"una cavab göndərib

ABŞ-ın NASA kosmik agentliyi beşyaşlı müsəlman İdris Hiltonun çəkdiyi raket "çertyoj"una cavab göndərib. Avtosfer.az-ın salamnews-a istinadən verdiyi xəbərə görə, İdris çəkdiyi rəsmdə bunun ən sürətli raket olacağını bildirir. O özü həmin raketdə kosmosa uçmaq üçün astronavt olmaq arzusundadır. NASA mütəxəssisləri uşağa göndərdikləri cavabda onun layihəsini, bu yaşdakı təşəbbüskarlığını bəyəndiklərini, düzgün işləyərsə, arzusuna mütləq çatacağını bildiriblər, həmçinin qeyd ediblər ki, o, agentliyin çoxsaylı proqramlarından birində iştirak edə bilər. İdrisin atası Camal Hilton özünün "Twitter" səhifəsində oğlunun məktubunu, çəkdiyi rəsmi və aldığı cavabı dərc edib, uşağın hədsiz sevincini bölüşüb. İndi İdris yeni dərs ilinin başlanmasını səbirsizliklə gözləyir, belə ki, o, arzusuna çatmaq üçün biliyini artırmaq niyyətindədir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












