NASA Saturn halqasının keyfiyyətli şəkillərini təqdim edib - FOTO

“Kassini” kosmik aparatı Saturn halqasının detallı fotolarını təqdim edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, şəkillər NASA-nın saytında dərc edilib. Yüksək keyfiyyətli təsvirlərdə diametri 550 metrə çatan obyektləri görmək mümkündür. Fotolar qaz nəhənginin halqa sisteminin kənarından keçərkən çəkilib. Nəticədə “saman çöpü” (straws) və “propeller” (propellers) kimi kiçik strukturların şəklini çəkmək mümkün olub. Halqanın ətrafında uçuş 2016-cı ilin noyabr ayından başlayıb. Həmin dövrdə “Kassini” “Halqalara toxunan orbitlər” (Ring-Grazing Orbits) adlanan sonuncu missiyasına başlamışdı. Aparat ümumilikdə planet ətrafında 20 dövrə vurmalıdır. “Kassini” – 1997-ci ilin oktyabrın 15-də Saturnun tədqiq edilməsi üçün fəaliyyətə başlayan planetlərarası avtomatik stansiyadır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












