Nazirin velosipedini oğurladılar – VİDEO

Belçikanın Flaman bölgəsinin Nəqliyyat və tikinti nazirinin velosipedi oğurlanıb. Avtosfer.az məlumat verir ki, hadisə nazirin yeni velosiped yollarının salınması ilə bağlı keçirdiyi mətbuat konfransı zamanı olub. Avropada nəqliyyat problemlərinin ən çox yaşandığı ölkələrdən olan Belçikada hökumətlər alternativ nəqliyyat vasitələrinin istifadə edilməsinə çalışır. Ötən il metroda baş verən terror hadisəsinə görə ölkədə velosiped sürənlərin sayı 30 faiz artıb. Hətta federal hökumət işə velosipedlə gedib-gələnlərə əlavə pul ödənilməsinə qərar verib. Flaman bölgəsində isə hökumət yeni velosiped yollarının salınmasına çalışır. Hökumətin planına görə, 2019-cu ilədək bu işlərə 300 milyon dollar xərclənəcək. Flaman Nəqliyyat və tikinti naziri Ben Weyts də bu planı açıqlamaq üçün keçirəcəyi mətbuat konfransına 2 kilometr uzaqlıqdakı evindən velosipedlə və velosipedçi geyimində gəlib. Velosipedini Brüsselin cənubunda yerləşən Halle dəmiryolu stansiyasındakı bir veloparka kilidləyən nazir təxminən yarım saat çəkən görüşdən sonra velosipedi ilə şəkil çəkdirmək istəyəndə məyus olub. Nazirin velosipedi yerində olmayıb. O, əvvəlcə bunun bir zarafat olduğunu düşünüb. Lakin sonradan məlum olub ki, nazirin velosipedi oğurlanıb. Nazir “xeyli bahalıdır” dediyi velosipedi parka kilidlədiyindən əmindir. Buna baxmayaraq oğurlanmasına xeyli təəssüf edib. Oğurluq hadisəsini “Twitter” hesabından da təsdiq edən nazir polisə müraciət edərək şikayətçi olub. Polis stansiyanın təhlükəsizlik kameralarına düşən kadrlar əsasında oğrunun axtarışına başlayıb.
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO










