Ölü morqda dirildi - İllərlə məzarlıqda yaşadıqlarını anlatdı

İstanbul Böyükşəhər Bələdiyyəsi qəbiristanlıqlar İdarəsində təqaüdçü olan Aliseydi Turan maraqlı xatirələrini kitaba köçürüb. Turan bir meyitin morqda dirildiyi haqda da kitabında məlumat verib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Turan zəhərləndiyi üçün öldüyü zənn edilən və morqa qoyulan bir şəxsin cənazəsi ilə bağlı xatirəsini paylaşıb: "Morqa yaxınlaşıb cənazəni morqun qapısından yaxınları ilə çıxardıq. Tabutu açdıq və meyit birdən tərpənməyə başladı. Həmin dəqiqə çağırdığımız təcili yardım həkimləri ona müdaxilə etdi. Həkimlərin dediyinə görə adamın yaxınları onu zəhərlədikdən sonra, saxta həkim hesabatı ilə ölmüş kimi qeyd ediblər. Morqda soyuğa məruz qalan bədən bir neçə saat sonra zəhərin təsirindən xilas olub. Sonradan vəkillərin işə qarışması ilə həqiqət ortaya çıxdı". Çalışdığı müddətdə vətəndaşlardan gələn qəribə tələbləri, maraqlı miras lətifələrini və qarşılaşdığı maraqlı hadisələri "Cənazəmi var?" adlı kitabda toplayan Turan qəbiristanlıqlarda 10 il ərzində müxtəlif inzibati vəzifələri yerinə yetirdiyini dilə gətirərək, bu müddətdə yüzlərlə hadisəyə və hekayəyə şahid olduğunu bildirib: "6 aydır təqaüdə çıxsam da, kitab üzərində iki ildir çalışıram. Yaşadığım həmin xatirələri kitab halına salmaq düz iki ilimi aldı".
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












