Öz toyuna gedən bəy-gəlin təyyarədən qovuldu

Bir neçə gün öncə artıq bilet satdıqları sərnişini sürüyə-sürüyə təyyarədən çıxaran "United Airlines" yenidən qalmaqalın mərkəzinə düşüb. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, ABŞ-ın hava yolu şirkəti bu dəfə öz toylarına gedən cütlüyü təyyarədən endirib. Maykl Hol və Amber Maksvel toylarının keçiriləcəyi Kosta-Rikaya getmək üçün təyyarəyə miniblər. Təyyarə havaya qalmazdan öncə gənc cütlük öz yerlərindən bir neçə sıra öndə olan boş oturacaqlara keçiblər. Nəticədə təyyarə bələdçiləri cütlüklə mübahisəyə başlayıb və onları təyyarədən endirib. Buna səbəb kimi isə ön sırada olan yerlərin qiymət fərqi göstərilib. "Biz ekonom klass sinfindəki yerlərin də qiymətinin fərqli olduğunu bilmirdik. Heç birinci sinfə keçməyə də xüsusi ilə can atmamışıq", deyə Hol deyib. Aviaşirkət isə sərnişinləri dəfələrlə ödədikləri biletlərdən daha baha olan yerlərə keçmək istəməkdə ittiham edib. Bir müddən öncə adıçəkilən hava yolları şirkəti artıq bilet satdıqları üçün 4 sərnişini təyyarədən endirmək istəyib. Lakin onlardan biri bundan imtina edib. Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları çinli sərnişini sürüyərək və döyərək təyyarədən endirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












