Pentaqon Ay şəkillərindəki UNO-ların "real obyekt" olduğunu açıqladı

Pentaqon rəsmi saytında yayımlanan yeni materialda Ayda çəkilmiş bəzi naməlum obyektlərin ilk dəfə "fiziki obyektlər" kimi xarakterizə edildiyi iddia olunub.
Avtosfer.az "Baku.ws"ə istinadən xəbər verir ki, yayımlanan fotolarla birlikdə astronavtların Yer ilə danışıqlarının qeydləri də təqdim edilib.
Həmin görüntülərin bir qismi daha əvvəl internetdə yayılmışdı. Lakin portalın iddiasına görə, ABŞ rəsmiləri illər boyu bu cür görüntüləri plyonka qüsuru və ya texniki səhvlərlə izah etsələr də, indi ilk dəfə obyektlərin real ola biləcəyini qəbul ediblər.
Məsələn, Apollo 12 missiyasına aid fotolardakı qəribə obyektlər əvvəllər plyonkadakı toz hissəcikləri ilə əlaqələndirilirdi. Ancaq "Area 5" kimi işarələnmiş hissədə görünən şaquli obyektin adi cızıq və ya ləkəyə bənzəmədiyi vurğulanıb.
Daha çox diqqət çəkən görüntülər isə Apollo 17 missiyasına aid 1972-ci il fotosunda əks olunub. Şəkildə üç rəngli nöqtənin üçbucaq formasında yerləşdiyi görünür.
ABŞ-nin Müdafiə Nazirliyi bu barədə ehtiyatlı açıqlama verərək bildirib ki, "ilkin analiz bunun fiziki obyektin görüntüsü ola biləcəyini göstərir".
Bununla belə, yayılan məlumatlarda həmin obyektlərin mənşəyi və ya qeyri-adi həyat formaları ilə əlaqəsi barədə rəsmi təsdiq yoxdur. Materialda əsasən görüntülərdə texniki qüsurdan fərqli olaraq maddi obyektlərin görünə biləcəyi ehtimalından bəhs edilir.
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












