Pentaqon UNO-larla bağlı yeni məxfi sənədləri yaydı - VİDEO

ABŞ Hərb Nazirliyi uçan naməlum obyektlərlə (UNO) bağlı məxfi olmayan məlumatların yeni hissəsini ictimaiyyətə təqdim edib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu məlumatlar WAR.GOV/UFO ünvanında yerləşdirilib. Nazirliyin mətbuat katibi Şon Parnell bildirib ki, qurum sözügedən məsələ ilə bağlı məxfilikdən çıxarılmış və tarixi faylların dördüncü hissəsini dərc edir. Onun sözlərinə görə, nazirlik mütəmadi olaraq əlavə sənədləri yayımlamağa davam edəcək.
Qeyd olunub ki, ümumilikdə 40 fayl yayımlanıb. Onlardan 14-ü sənəd, 19-u video, dördü səsyazısı və üçü isə şəkildir. Təqdim olunan materiallar Pentaqon, NASA, MKİ, FTB və Energetika Nazirliyi kimi müxtəlif qurumlar tərəfindən verilib.
Faylların təxminən yarısı 2010-cu il və ya daha sonrakı dövrə aiddir. Videolarda hərbi kameralar vasitəsilə qeydə alınmış infraqırmızı kadrlar da yer alıb. Keyfiyyəti aşağı olan görüntülərdə dünyanın müxtəlif yerlərində, o cümlədən Sakit okeanın qərb hissəsi, Atlantika və Yaxın Şərq üzərində izahı olmayan obyektlər və onlarla qarşılaşma anları əks olunub.
Əvvəlki nəşrlərdə olduğu kimi, bu sənədlərdə də ABŞ hökumətinin UNO-lar barədə məlumatların yerdənkənar həyatın mövcudluğuna sübut olub-olmamasına dair hər hansı bir qənaət yer almır. Həmçinin bu obyektlərin ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid yaradıb-yaratmadığı da qeyd edilmir.
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












