Poçtalyon inək formalı avtomobillə Azərbaycandan keçəcək - FOTO

Şotlandiyadan olan poçtalyon Monqolustana səfər etməyə hazırlaşır və bu məqsədlə "Ford Fiesta" markalı avtomobilini Haylend inəyi formasına salıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Qrem Donohi 40 yaşı münasibətilə 4 həftəlik səyahətə çıxmağı düşünür. Marşrut boyu o, 17 ölkədən, o cümlədən Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstandan keçmək və səfərini Monqolustanın paytaxtı Ulan-Batorda başa vurmaq niyyətindədir. Poçtalyon avtomobilinin belə xarici görünüşünün sərhədçilərdə təbəssüm yaradacağını və gömrük nəzarətindən keçidini asanlaşdıracağını hesab edir. Q.Donohi səyahət üçün hazırlığın heç də asan olmadığını qeyd edib. Xüsusən bütün zəruri vizaları almaq və lazımi peyvəndləri vurmaq çətin olub. Qeyd edək ki, Q.Donohinin həyat yoldaşı demensiya xəstəliyindən əziyyət çəkir və səfərin məqsədi də bu cür xəstələrin müalicəsi üçün pul toplamaqdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













