Poulino sürücüsünə "Mercedes Benz" bağışladı

"Barselona"ya transfer olunan Poulino Çində xeyirxah əməlləri ilə gündəmə gəlib. Avtosfer.az komanda.az-a istinadən xəbər verir ki, Çində "Quançjou Evenqrand" klubunun şərəfəni qoruyan braziliyalı futbolçu sürücüsünə "Mercedes-Benz" bağışlayıb. O, bu ölkədə çıxış edərkən xeyriyyə işlərinə də vəsait ayırıb. Bu barədə məlumatı Çin klubunun rəsmilərindən biri verib: "Poulino həmişə xoş niyyətli olub və hər şeyə görə "çox sağ ol" deyib. O, pula çox sakit yanaşır və onu bölüşməyi də sevir. Məsələn, öz sürücüsünə "Mercedes-Benz" bağışlayıb. O, Braziliyadan şəxsi ortopedini Çinə gitirmişdi. Sonra onun darıxdığını görüb, həyat yoldaşının və övladlarının da pulunu ödəyib Çinə gətirdi. Uşaqların beynəlxalq məktəbə düzəlməsinə yardımçı oldu. Uşaqlardan biri əməliyyat olarkən, lazım olan vəsaiti ödədi".
Poulino "Barsa"ya keçmək üçün tələb olunan 40 milyon avro vəsaitin 7,5 milyonunu özü ödəyib. O, Çin klubunda 95 oyun keçirib, 27 qol vurub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












