Prezident təcavüzə icazə verdi: “Üç qadını zorlaya bilərsiniz...” - FOTO

İŞİD terror qruplaşması ilə döyüşlərin getdiyi Mindao adasında hərbi vəziyyət elan edən Filippin prezidenti Rodrigo Duterte hərbçilərə tarixdə görünməmiş “səlahiyyət” verib. Avtosfer.az xəbər verir ki, dövlət başçısı hərbçilərə qadınlara təcavüz etməyə icazə verib. Lakin təcavüz edilməsinə icazə verilən qadınların sayı məhduddur. “Hərbi vəziyyəti mən elan etdim, nəticələrinə görə yanız mən məsuliyyət daşıyıram. Siz işinizi görün, qalan məsələləri mən həll edəcəm. Üç qadına qədər təcavüz edə bilərsiniz, soruşsalar “mən etdim” deyərəm. Sizin əvəzinizə həbsdə yatmağı xoşlayıram”, - prezident bildirib. Təhlükəsizlik güclərini qanunları pozmağa cəsarətləndirən Filippin lideri əvvəllər də bənzər bəyanatlar verib. Qeyd edək ki, İŞİD terror təşkilatına sədaqət andı içən “Maut” qruplaşmasının ələ keçirdiyi Mindao adasında təhlükəsizlik gücləri ilə şiddətli döyüşlər davam edir. Ölkədə 175 min polis dövlət binalarında təhlükəsizlik tədbirlərini gücləndirib. “Maut” qruplaşması mayın 23-də - prezident Rodriqo Duterte Rusiyada səfərdə olduğu gün adada hücuma keçib. Dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşünü nəzərdə tutulandan bir gün əvvəl keçirərək Fillippinə qayıtmağa məcbur olub.(publika.az)

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












