Qadın metroda uşaq doğdu - FOTO

Almaniyada hamilə qadın metro stansiyalarının birinə düşərkən sancısı tutub və orada doğub. Avtosfer.az unikal.org-a istinadən xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Dortmund şəhərində 29 yaşlı Nesrine Al-Amin adlı ərəb əsilli qadın metroda doğub. Al-Amin Beate Madaus adlı bir adamın köməyi ilə xəstəxanaya yetişdirilib. Hadisənin şahidi Beate Madaus başına gələnləri belə ifadə edib: "Dostlarımla axşam yeməyinə gedirdik. Bir qışqırıq səsi eşitdim. Səsin olduğu yerə baxanda sanki şoka düşdüm. Gənc bir ana yerdə qıvrılırdı. Bir körpə dünyaya gətirmişdi. Hemen körpəni üzərimdəki jilet ilə sardım. Və dərhal təcili yardımı çağırdım. Gənc qadın titrəyirdi. Erkən müdaxilə sayəsində körpəni və anasını qurtardılar. Həyatım boyunca unuda bilməyəcəyim bir andı. Çox xoşbəxtəm". Nəsrinə Al-Amin metroya niyə düşdüyünü açıqlayıb: " O gün həyat yoldaşım və uşaqlarımla birgə gəzintiyə çıxmışdım. Əslində doğumuma bir həftə qalmışdı. Ancaq, birdən halım pisləşdi . Metroya doğru yönəldik. Oradan getməyi planlaşdırdıq. Ancaq, çox vaxt olmadığını anladım. Tək çarə uşağımı dünyaya gətirmək idi. Və elədə oldu. Həyat yoldaşım bir tərəfdən uşaqlarla digər tərəfdən də mənə kömək etməyə çalışırdı. Metrodakı istirahət otağında oturdum və oradaca Minik Hassanı dünyaya gətirdim. Bu dördüncü uşağım. Çox xoşbəxtəm".


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












