Qar təmizləyəndə 120 minlik qızıl tapdı - Sahibinə qaytardı

Türkiyədə 2 gündür ki, güclü qar yağır. Bəzi yerlərdə 1 metrdən artıq qar olduğu deyilir. Qar bürümüş yolları isə təmizləmək bələdiyyə işçilərinə düşür.
Avtosfer.az musavat.com-a istinadən bildirir ki, belə bir təmizlik zamanı maraqlı hadisə baş verib. Qar yağışı sonrası bağlanan yolu açmaq üçün iş aparan bələdiyyə işçisi 45 yaşlı Təkin Arslan qutu içində 6 ədəd, hər biri 20 min türk lirəsi dəyərində qızıl bilərzik tapıb. Qızılların kimə aid olduğunu aşkar edib və onları sahibinə verib.
Məlum olub ki, qızılların sahibi Mustafa Zengin adlı şəxsdir. O, evdəki qızılları satmaq üçün zərgərə aparıb. Amma intensiv qar yağışı səbəbi ilə zərgərlər qapalı olub və M.Zengin geri dönməli olub.
Zengin evə qayıdarkən qızılları cibindən salıb. Evə çatanda isə qızılları itirdiyinin fərqinə varıb. Geri dönüb, hər yeri axtarıb, amma tapmayıb. Bu haqda polisə məlumat verən Zengin kor-peşman evinə dönüb.
Qızıllarının tapıldığını eşidən Zengin onu tapan şəxsə təşəkkür edib. Xeyirxah əməlin sahibi, bələdiyyədə fəhlə işləyən Təkin Arslan: "Tapdığım sandığı açanda qızılları gördüm. Polisə aparıb vəziyyəti izah etdim. Qızılların sahibini tapdılar, təslim etdim", - deyib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












