Qazaxlı kişinin rayonu vəhşilərdən qoruyan ilginc müdafiə taktikası - VİDEO

İki dəqiqədən bir hərəkət edir. Yaratdığı səslə ərazidəki quşları və yırtıcı heyvanları uzaqlaşdırır. Qazaxın Xanlıqlar kənd sakini Tahir Qurbanovun ixtira etdiyi texnika həm fərqliliyi , həm də təsərrüfatdakı əhəmiyyəti ilə diqqət çəkir..Qurğu avtomobil şüşəsiləni və akkumlyatorun köməyi ilə hərəkətə gətirilir. Qurğu işə düşdükdə isə səsi bağın hər tərəfinə məftillərə bərkidilmiş dəmir qablar çıxardır.
Tahir Qurbanov qurğudan üzüm bağının qurd-quşdan qorunması üçün istifadə edib. Mövsüm vaxtı zərərvericilərin məhsula vurduğu ziyan təsərrüfatçını bu cür vasitəyə əl atmağa vadar edib. Qurğu düzəldikdən sonra əraziyə, demək olar, bir dənə də olsun heyvan, quş yaxınlaşmır.O,deyir ki, bu həm də çox ucuz başa gələn vasitədir.
Üzüm bağı yol kənarında olduğu üçün buradan ötüb-keçənlər qurğunu maraqla izləyir. Hətta bəzi fermerlər bu texnikadan yararlanmaq fikrinə düşüblər.Təsərrüfata çəkilən xərcləri minimuma endirmək üçün Tahir Qurbanov başqa vasitələrə də əl atıb. Soyuducu anbarlara daha çox pul xərcləməsin deyə, evində belə bir anbar tikib istifadə edir. Az enerji işlətdiyindən anbardan digər təsərrüfatçılar da istifadə edir. Bunun müqabilində isə sadəcə elektrik enerjisinin pulunun ödənilməsinə şərik olurlar.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












