Robotla ilk diş əməliyyatı baş tutdu - VİDEO

Çin mütəxəssislərinin hazırladığı robot diş həkimi fəaliyyətə başlayaraq ilk əməliyyatını keçirib. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, yeni protezin yaradılması ilə nəticələnən əməliyyat zamanı robot xəstəyə yeni dişlər qoyub. Robot üçün mümkün səhvlərin yaranmasını tam aradan qaldıran proqram təminatı beş ilə yaxın müddətdə yaradılıb. Bununla belə, robot işdə özünü yaxşı göstərərək implantları 0,2 mm səhvlə qoyub. Məlumata görə, proses ixtisaslı cərrahlar və digər tibb işçiləri tərəfindən izlənilsə də, robotun onların köməyinə ehtiyacı qalmayıb. Belə ki, bir saat sonra Sian şəhərinin sakininə yeni dişlər qoyulub.
Qeyd edək ki, Çində stomatoloq xidmətlərinə ehtiyac duyan çoxlu insanlara rast gəlmək mümkündür, eyni zamanda mütəxəssis çatışmazlığı müşahidə olunur. Bundan başqa, hazırda dişlərin üçölçülü (3D) printerlərdə çap edilməsinə baxmayaraq ölkədə diş həkimləri qarşısında uzun növbələr yaranır. Belə robotların isə problemi qismən də olsa həll edəcəyi gözlənilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












