Şahzadələrin Bodrum keyfi - 160 milyonluq yaxta, 500 avro bəxşiş - FOTO

Səudiyyə kral ailəsinə mənsub krallar və şahzadə qızlar Bodrumda dənizə girərkən görüntülənib. Bodruma 75 metrlik super lüks yaxtayla gələn Səudiyyə kral ailəsinə mənsub şahzadələr şəhərin dadını çıxarmağa başlayıb. Ölkələrində "Şəriət qanunlarının qaydaları"na görə qadınların avtomobil sürməsi qadağan olan Səudiyyə Ərəbistanının şahzadələri Jet-ski edib, "beach club"da şənlənməyə davam ediblər. Kral ailəsinin üzvlərini xüsusi təlim keçmiş cangüdənlər katerlərlə müşayət edib, yaxtaya kimsənin yaxınlaşmasına imkan verilməyib. Axşam məşhur bir restoranda şam edən ailə 5 min 280 avroluq hesaba 500 avro bəxşiş qoyub. Yunanıstanın Mikonos Adasından dünən səhər Yalıkavak, sonra Torba Koyuna gələn Səudiyyə Ərəbistanının kral ailəsi üzvlərindən şahzadə Valeed ibn Abrahuel Al-İbrahim ilə şahzadə qardaşları Xalid ibn İbrahim Əl İbrahim və Abdulaziz ibn İbrahim Əl İbrahim ilə şahzadələr Ameerah Al Taveel və Sara Talal ibn Abdulaza Al Səud olub.
Kral ailəsinə məxsus 75 metrlik ultra lüks 160 milyon dollar dəyərindəki "Mogambo" adlı yaxta diqqət çəkib. Yanlarında bir İngilis ailənin də olduğu yaxta Torba Koyundakı Zeytinlikahve də dayanıb. Yaxtanın arxasından dənizə girən Səudiyyə şahzadələrini xüusi qorumalar müşayiət edib. Qorumalar bölgədən keçən, ya da yaxınlaşmaq istəyən gəmi və dəniz vasitələrini əraziyə burmaxayıb.
Axşam Nikki Beachə gedən 14 nəfərlik qrup bol-bol şənlənib, hovuza girib. Hovuz başında təşkil olunan musiqili rəqs tamaşalarını maraqla izləyiblər. Təxminən 3 saat beach clubda qalan qrup sonra yenə yaxtaya qayıdıb. Şahzadələrin yerli dəniz məhsullarından hazırlanmış yeməkdən çox məmnun qaldıqları qeyd olunub.
Səudiyyə kral ailəsi üzvlərinin 2 gün Bodrumda qaldıqdan sonra tətillərini Yunanıstana Kalimnos və Simi adalarında davam etdirəcəkləri qeyd edilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













