Şok olay - Qəzada yaralanan şəxsə həkimlər “ölüb” dedi, amma ayıldı

Lerikdə həkimlərin “ölüb” dediyi şəxs komadan ayılıb. Xəstəxanadan "Report"a bildirilib ki, cərrahiyyə əməliyyatı zamanı bir neçə dəqiqəlik kliniki ölüm keçirən şəxs komadan çıxıb. Hazırda 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun üzərində aparılan cərrahiyyə əməliyyatı yekunlaşıb. Xəstənin vəziyyəti ağır olaraq qalır.
***15:54
Lerik rayonunda baş verən qəzada xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb. 59 yaşlı İsabala Sarıbala oğlu Asimov yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
***14:42
Lerik rayonunda yol qəzası baş verib. Orand kənd sakini, 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun idarə etdiyi UAZ markalı avtomobil yoxuşu qalxarkən dərəyə aşıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar sürücü İsabala Sarıbala oğlu Asimov, onun sərnişinləri Ramin Qafar oğlu Həmidov və qardaşı Müseyib Qafar oğlu Həmidovdur. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda M.Həmidovun vəziyyəti orta-ağır, İ.Asimov və R.Həmidovun vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Qəzanın avtomobildəki texniki nasazlıq səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












