Təsadüfən metronun platformasından yıxılsanız… - FOTO

Qədim bir məsəl var: ""Bıyy" bir dəfə olur". Yəni hər kəs gözləmədiyi vəziyyətə düşə bilər. Lakin mütəxəssislərin sözlərinə görə, dəqiq instruksiya ilə istənilən mürəkkəb şəraitdən çıxmaq mümkündür. Avtosfer.az faktxeber.com-a istinadən metro platformasından təsadüfən yıxılacağınız halda nələr etməyin mümkün olduğu barədə məlumat verir:
Özünüz çıxmağa çalışmayın
Platformanın altında təmas relsi var. Əgər ona toxunsanız, güclü elektrik cərəyanı sizi vura bilər.
Qatar yaxınlıqda yoxdursa, qaçın
Əgər yaxınlaşan qatarın səsini eşitmir və özünü görmürsünüzsə, ayağa qalxıb relslərin arası ilə birinci qatarın dayanacağı yerə kimi qaçmalısınız. Adətən bu yer ağ-qara zolaqla işarələnir. Qaçarkən bərkdən qışqırmağı unutmayın ki, insanlar sizi görsünlər və dərhal növbətçiyə xəbər versinlər.
Əgər qatar yaxınlaşırsa, relslərin arasına uzanmaq lazımdır
Qatar gələn istiqamətdə relslərin arasına uzanaraq əllərinizlə başınızı tutun. Beləliklə, travma almaq ehtimalı minimuma enir. Qeyd edək ki, relslərin qatarla təmas yeri təqribən 0.5 metr hündürlükdə olur. Bu səbəbdən qaydalara dəqiq riayət etsəniz, heç bir zədə almazsınız.
Əgər kimsə sizin gözünüzün qarşısında relsin üzərinə düşərsə
Belə olan halda dərhal növbətçiyə, yaxud fövqəladə çağırış düyməsindən dispetçerə xəbər verin. Bundan başqa, metropolitenin istənilən işçisinə də xəbər vermək olar. Aşağı tullanaraq, ona çıxmağa kömək etmək lazım deyil, çünki aşağıda yüksək gərginlikli rels var. Əgər növbətçi, yaxud metro əməkdaşı ilə əlaqə yarada bilməmisinizsə, platformadan əllərin dairəvi hərəkəti ilə "Dayan" işarəsi vermək olar. Maşinist bu işarəni görüb, əyləci basar.
Relslərin üzərinə hər hansı bir əşyanız düşübsə
Belə olan halda da onu çıxarmağa çalışmayın. Növbətçiyə məlumat verən kimi o, xüsusi təhlükəsizlik tədbirləri görərək, əşyanızı oradan çıxaracaq.
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO
















