Təyyarə yarı yolda eniş etməyə məcbur oldu – Səbəbi bütün dünyanı güldürdü

…Yox, təyyardə heç bir nasazlıq olmayıb. Hər şey qaydasında olub, uçuş da öz qaydasında davam edirmiş. Amma qəfildən salonda hay-küy düşüb. Ər-arvad arasında başlayan dava az qala trillerə çevrilib. Nəticədə Doha (Qatar) – Bali (İndoneziya) marşrutu üzrə uçan təyyarənin kapitanı Çennai şəhərində məcburi eniş etməyə qərar verib.

Davanın səbəbi isə daha maraqlıdır. Ərinin yatdığını görən arvad onun barmağını telefonunun ekranına toxundurmaqla giriş əldə edib. Telefonda ərinin yazışmalarını görən qadın onun fasiləsiz olaraq xəyanət etdiyini başa düşüb. Əvvəlcə təhqirlərlə başlayan dava sonra yumruqlaşma səviyyəsuinə qalxıb. Ərini yumruqlayan sərxoş arvad təyyarənin ekipaj üzvlərini də döyməyə imkan tapıb. Pilotlar vəziyyətin nəzarətdən çıxdığını təsbit ediblər və enişə qərar veriblər. Ər-arvad təyyarədən düşürüləndən sonra uçuş dacam edib. Bununla da bu hadisə "ailə xəyanəti üzündən məcburi eniş” kimi tarixə düşüb…
Qadın özünə gələndən sonra əri və uşağı ilə birlikdə Kuala-Lumpura göndəriliblər və oradan Dohaya qayıdıblar. Ümid edək ki, növbəti reysdə yenidən dava salıb yarı yoldan qayıtmayacaqlar və nəhayət, Bali şəhərinə gedib çıxa biləcəklər. bizimyol.biz
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












