Təyyarədə necə daha rahat və təhlükəsiz uçmaq olar?

Məlum olduğu kimi, təyyarə ən müasir və təhlükəsiz nəqliyyat vasitələrindən biridir. Lakin bəzi məsləhətləri yerinə yetirməklə təyyarədə daha rahat və təhlükəsiz uçmaq mümkündür. Avtosfer.az Trend-ə istinadən təyyarədə rahat və təhükəsiz uçmaqla bağlı bir sıra tövsiyyələri təqdim edir. Ekspertlər təyyarədə uçan zaman çay və kofe içməməyi tövsiyə edirlər. Belə ki, iddialara görə, təyyarənin göyərtəsində bu içkiləri hazırlamaq üçün istifadə edilən içməli su bağırsaq çöpü və s. bu kimi zərərli bakteriyalar daşıya bilər. Ona görə də təyyarədə uçan zaman hazır sulardan və ya şirələrdən istifadə etmək məsləhət görülür. Təyyarədə oturacağınız qarşısında olan masadan istifadə etməzdən əvvəl onu təmizləyin, çünki stüardessalar da etiraf edir ki, həmin masalar çox da yaxşı təmizlənmir. Ekspertlər tövsiyə edir ki, əgər sizin uçuş vaxtını seçmək şansınız varsa, gündüz vaxtına təyin olunmuş uçuşa üstünlük verin. Çünki gündüz vaxtı həyata keçirilən uçuşlarda ləngimə ehtimalı çox azdır. Qeyd edək ki, təyyarə gündüz vaxtı uçuşlarda hava burulğanına gecə vaxtı olan uçuşlardan daha az düşür. Gündüz vaxtı uçuşlar xüsusən, təyyarədə uçmaq fobiyası olan sərnişinlər üçün daha əlverişlidir. Təyyarədə arxa oturacaqlarda əyləşən sərnişinlərə daha yaxşı xidmət göstərilir. Bunu stüardessalar özləri də təsdiq edirlər. Çünki arxa oturacaqda əyləşən sərnişinlərə daha çox diqqət yetirilir, onlar daha rahat şəkildə əlavə qida, su və digər içkilər sifariş edə bilirlər.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












