Təyyarədə səyahətlə bağlı maraqlı faktlar

Havada olarkən içkilər niyə daha dadlı olur? Pilotlar uçuş zamanı yuxuya gedə bilərlərmi?
Avtosfer.az təyyarədə səyahətlə bağlı maraqlı faktları təqdim edir:
Havada olarkən içkilər daha dadlı olur

Heç düşünmüsünüzmü niyə təyyarədə insanlar içkilərdən pomidor şirəsinə üstünlük verirlər? Alimlərin araşdırmalarına görə, biz aşağı təziq şəraitində olduğumuz zaman (məsələn təyyarədə), duyğu orqanlarımızın hissiyatı kəskinləşir və bizə pomidorun şirin dadından tam zövq almağa imkan yaranır.
Aviakompaniyalar pula qənaət üçün qəribə üsullar tətbiq edirlər
Artmaqda olan rəqabət şəraitində xərclərin bir hissəsini qarşılaya bilmək üçün aviakompaniyalar qənaət etməli olurlar. 20-ci əsrin 80-ci illərində “American Airlines” xərcləri azaltmağın çox effektiv yolunu tapdı – təyyarədə verilən salata adi halda əlavə etdikləri zeytun sayını 1 ədəd azaltdı. Və beləliklə aviakompaniya ildə 40 min dollar qənaət edə bildi.
Təyyarədə hava daha təmizdir

Təyyarə salonunda olan havanın çirkli və mikroblu olduğu barədə yalnış fikir mövcuddur. Əslində isə təyyarədə olan hava nəfəs aldığınız ən təmiz havadır və təyyarələrdə olan filter sistemi keyfiyyətinə görə heç də klinika və xəstəxanalarda istifadə olunan sistemlərdən geri qalmır.
Pilotlar uçuş zamanı yuxuya gedə bilərlər
Bəli, düz oxudunuz. Həqiqətən də uçuş zamanı pilotlar yuxuya gedirlər və bu düşündüyünüzdən də çox olur. Bu, necə mümkündür? Avtomatik idarə etmə sistemi (avtopilot) və əlbəttəki ikinci pilot sayəsində.// səyyah.com
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












