Təyyarəyə vaxtında çata bilməsəniz nə etməlisiniz? – TÖVSİYƏ

Səyahətə gedənlərin ən böyük qorxularından biri də təyyarəyə vaxtında çata bilməməkdir. Çox insan bu tip situasiyalarda nə edəcəyini bilmir. Pulumu geri ala bilərəmmi? Uçuşun tarixini dəyişdirmək mümkündürmü? Uçuşa vaxtında çata bilməsəm, nə etməliyəm?
Avtosfer.az seyyah.az-a istinadən bu kimi suallara cavab axtarıb.
Tıxac, xəstəlik, yaddan çıxan pasport və digər hadisələr zamanı sərnişinlər təyyarəyə vaxtında çata bilmir. Əgər belə vəziyyətlə rastlaşsanız, ilk etməli olduğunuz bilet aldığınız şirkətin satış mərkəzlərinə getməkdir.
Situasiya hava yolları şirkətinə və biletin sinfinə görə dəyişir. Bir qayda olaraq, sərnişin reysə bir neçə saat qalmış uçuşdan imtina edirsə, ondan müəyyən miqdarda cərimə kəsilir.
Lakin reysə vaxtında çata bilməyəndə isə bir çox şirkət ödədiyiniz məbləği geri qaytarmır.
Əgər dönüş üçün bilet almısınızsa, avtomatik həmin bilet də ləğv edilir və təkrar satışa çıxarılır. Bu riski azaltmaq üçün gediş-dönüş biletlərinizi ayrı almağınız məsləhətdir.
Digər tərəfdən, əgər reys hava yolları şirkətinə görə, təxirə salınıbsa, belə olan halda pulunuzu geri alma və ya tarix dəyişikliyi mümkündür.
Fors-major hallarla rastlaşa biləcəyiniz üçün səyahət sığortası belə situasiyalarda böyük əhəmiyyət kəsb edir.
Təbii ki, sığorta etdirərkən detallarına qədər soruşmaq lazımdır. Biletə ödədiyiniz məbləği sığorta ilə geri almaq da mümkündür.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












