Uşaqlara bu adları qoymaq istəyirlər - Cinayət, Cındır, Fağır...

Azərbaycanda uşaqlara qoyulan adların əksəriyyəti türk mənşəli adlardır. Avtosfer.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyanın sədr müavini, filologiya elmləri doktoru Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, bəzi adların qoyulması tövsiyə olunmur: “Bu il Azərbaycanda ən çox Yusif, Əli, Zəhra, Fatimə və Məhəmməd adları qoyulub. Amma istisna hallar da var. İnsanlar uşaqlarına qeyri-adi ad qoymaq üçün komissiyaya müraciət edirlər. Bəzi valideynlər Cinayət, Fağır, Fətiş, Cani, Cındır kimi adları uşaqlarına qoymaq istəyirlər. Təbii ki, bu adların qoyulması düzgün deyil. Uşaqlara ad qoyan zaman diqqətli olmaq lazımdır. Xalqın maariflənməsinə ehtiyac var” .
Sayalı Sadıqova bildirib ki, siyahıda 5000-dən çox qeyri-adi adlar var: “Komissiya qeyri-adi və gözəl adların qoyulmasına qarşı çıxmır. Valideynin tövsiyə etdiyi ad gözəl olduqda icazə verilənlər siyahısına daxil olur”.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində ölkəmizdə doğulan 1343 körpəyə Yusif adı verilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












