Wi-Fi xidmətləri göstərən təyyarələrin sayı artacaq

"Juniper Research" şirkəti uçuşda "Wi-Fi" xidmətləri təklif edən kommersiya təyyarələrinin sayının növbəti 5 il ərzində artaraq 2022-ci ilədək təxminən 14,5 milyon hava gəmisinin "Wi-Fi" simsiz rabitəsi ilə təchiz ediləcəyini proqnozlaşdırır. 2017-ci ildə bu göstəricinin 5 mindən çox olacağı gözlənilir.
Avtosfer.az ICTnews-a istinadən bildirir ki, bu gün kommersiya təyyarələrinin dörddə bir hissəsi "Wi-Fi" rabitəsi ilə təchiz edilsə də, xidmətə tələbat daim artır. Tələbat insanların daim iş, internetdə oyun və axtarış üçün planşet və smartfonlardan istifadə etmək istəkləri ilə əlaqədardır. Beləliklə, təyyarələrdə "Wi-Fi" xidmətlərinin göstərilməsi aviaşirkətlər arasında rəqabət üçün əlavə üstünlük ola bilər.
Məlumata görə, bu, həmçinin "Alaska Airlines" və "United Airlines" aviaşirkətlərində istifadə edilən "Gogo" kimi provayderlər üçün gəlirli iş olacaq. Xidmət haqqı 1 saat üçün 7 dollar, 1 gün üçün 19 dollar təşkil edir. Özəl aviadaşıyıcılar aylıq və illik abunələr rəsmiləşdirə bilərlər.
"Juniper Research" nümayəndələri, həmçinin uçuşda sərnişinlər üçün simsiz xidmətləri adi əyləncə sistem funksiyaları kimi təklif edən aviaşirkətlərin sayının artmasını qeyd ediblər. Agentliyin proqnozuna görə, belə xidmətlərdən illik gəlir 30 faiz artacaq.
Bildirilir ki, lakin bu istiqamətlərin inkişafı üçün ABŞ hökumətini sərnişin reyslərində noutbukların daşınmasına qadağanın tətbiq (sonradan ləğv edilib) edilməsinə məcbur edən təhlükəsizlik kimi ciddi problem mövcuddur. Bu amil xidmətlərin inkişafına böyük təsir göstərə bilər.
Daha bir problem isə təyyarədə "Wi-Fi" rabitə xidmətinin yaxşı göstərilməməsi olsa da, onun keyfiyyətinin sayla birlikdə yaxşılaşacağına böyük ümidlər bəslənilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












