Xobbi kimi başladığı sənət böyük ticarətə çevrildi – FOTO

Türkiyənin Aydın şəhərində yaşayan bir baba nəvələri üçün hazırladığı avtomobil maketləri internetdə paylaşılandan sonra bir çox ölkədən sifariş almağa başlayıb. Beləliklə, İsmail Erzurumluoğlu adlı şəxs özünün avtomobil qalereyasını quraraq maşın ixracatına başlayıb. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, Aydında yaşayan 63 yaşlı İsmail Erzurumluoğlu təqaüdə çıxdıqdan sonra nəvələri oynasın deyə əlləri ilə düzəltdiyi yük maşınları, avtobus kimi bir çox avtomobil vasitələrinə dünyanın əksər ölkələrində maraq oyadıb. İsmail Erzurumoğlu 4 il əvvəl xobbi olaraq başladığı işi artıq ticarətə çevrib. Belə ki, İsmail Türkiyədəki sifarişlərini yerinə yetirməyə çalışarkən, dünyanın bir çox ölkəsindən də tələblər axışmağa başlayıb. Belə olan halda İsmail 40 kv.metrlik sahədə öz emalatxanasını qurub. İsmail sadəcə nəvələrini əyləndirmək üçün vaxt keçirdiyi bu sahənin ticarətə çevrilinməsinə çox sevindiyini və bununla qürur duyduğunu deyib. Düzəltdiyi maketləri isə övladları sosial şəbəkədə paylaşıb və bundan sonra böyük marağa səbəb olub. Bəzi texniki məsələlərdə oğlunun köməyindən istifadə edən İsmail ildə cəmi 800 ədəd əl əməyindən ibarət maşın maketi hazırladığını deyib. Erzurumoğlu tələbə görə bəzən bir maketin hazırlanmasında aylarla vaxtının getdiyini, qiymətlərinə gəlincə 800 lirə ilə 6 min lirə arasında dəyişdiyini deyir. Hətta İsmail babanın dediklərinə görə, onun maket hazırladığı emalatxana dünyada bildiyi və gördüyü ən böyük emalatxanalardan biridir. Marağı olan isə gəlib həmin emalatxananı ziyarət edə bilər.
















3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












