Yeddi yaşlı bloger sosial şəbəkədən 20 milyon dollar qazandı

Balaca bloger valideynlərinin dəstəyi ilə “YouTube” kanalından 20 milyon dollardan çox pul qazanıb.
Avtosfer.az Redaktor.az-a mediaya istinadən xəbər verir ki, indi 13 yaşı olan Rayanın hekayəsi unikaldır. Cəmi 7 yaşında o, platformanın ən gənc milyonçusu olub və 2018-ci ildə 22 milyon dollar qazanıb. Onun uğuru sadədir: Rayan uşaqların xoşuna gələni edir - maşınlarla oynamaq, velosiped sürmək və kamera qarşısında oyuncaqları sökmək. Maraqlıdır ki, “Ryan's World” kanalının yaradılması ideyası Rayanın özündən gəlib. O, böyük maraqla valideynlərinə onun diqqət mərkəzində olacağı bir video çəkməyi təklif edib.
Cəmi bir il ərzində Rayan bütün dünyada milyonlarla uşağın qəlbini fəth edərək əsl ulduza çevrilib. Rayanın videoları milyonlarla baxış almağa davam edir və onun kanalı artıq 38 milyon abunəçini ötüb. Bu isə Hollandiya əhalisinin sayından xeyli çoxdur.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












