Yeni fırıldaq - Pulunu ver, ərinin yazışmalarından xəbərdar ol - VİDEO

Hakerlər sosial şəbəkələrdə şəxsi məlumatları ifşa edən xidmətlər təklif etməkdə davam edir. Bu şəxslər pul müqabilində şəxsi mesajlardan tutmuş şəkillərə qədər bütün informasiyaları bir neçə dəqiqə ərzində oğurlayırlar. Avtosfer.az-ın məlumatına görə, pul müqabilində həmin şəxs qadınlara həyat yoldaşlarını nəzarətdə saxlamağı təklif edir. Belə ki, pulunu verirsən və ərinin SMS, “Whatsapp” və sosial şəbəkələrdəki yazışmalarından xəbər tutursan. Şikayətçinin sözlərinə görə, hətta telefon danışıqlarını belə əldə etmək mümkündür.
İddianın doğruluğunu yoxlamaq üçün telekanalın əməkdaşları deyilən nömrə ilə əlaqa saxlayıblar. Məlum olub ki, həmin şəxs tək kişilərin yox, sifariş əsasında elə qadınların da telefonuna qanunsuz müdaxilə edir. Onun pulu əvvəlcədən istəməsi isə təklif etdiyi qanunsuz xidməti belə şübhə altında qoyur. Fəaliyyətinin qanunsuz olduğunu xatırlatdıqda isə, qanunlara məhəl qoymadığını bildirib.
İnsanlar isə bunu şəxsi həyata müdaxilə hesab edirlər. Onlar bu təşəbbüsün nikahın dağılması ilə nəticələnə biləcəyini deyirlər.
Qanuna görə, başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyırlar. Kibercinayətkarı isə azadlıqdan məhrumetmə cəzası gözləyir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












