Yeni nəqliyyat növü istifadəyə verildi: Yalnız qadınlar istifadə edəcək

Türkiyənin Malatya şəhərində yeni növ trolleybuslar istifadəyə verilib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu tolleybuslardan yalnız qadınlar istifadə edəcək. Çəhrayı fonda çobanyastığı çiçəyi ilə bəzədilmiş bu trolleybusların sürücüləri də qadınlar olacaq. Şəhər bələdiyyəsindən yeni nəqliyyat növü ilə bağlı verilən açıqlamada bu təşəbbüsün qadınların daha rahat və təhlükəsiz hərəkət edə bilməsi üçün həyata keçirildiyi bildirilib. Bələdiyyə nümayəndləri təklifin zərif cinsin nümayəndələrindən gəldiyini də qeyd edib. Yeni nəqliyyat sistemi ilk dəfə 18 sentyabrda işə salınıb. Bu torlleybusların hansı məqsədlə işlədiyindən xəbərsiz olan kişilər ondan istifadəyə etməyə çalışsalar da, trolleybusa minərkən bir anda şoka düşüb və dərhal nəqliyyatı tərk ediblər.
Eksperiment Türkiyədə böyük rezonans doğurub. Bu yeniliyə dəstək verənlərlə yanaşı, qarşı çıxanlar da olub. Bəzi qadınlar yeniliyi müsbət qarşılasalar da, bəziləri düşünür ki, artıq ümumi trolleybuslardan istifadə edən qadınlar cəmiyyətdə birmənalı qarşılanmayacaq.
Yeni tolleybuslar sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Bir çox istifadəçilər yeniliyin Türkiyənin demokratik və dünyəvi qanunlarına zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, bu təşəbbüs keçən il sentyabr ayında baş verən hadisədən sonra irəli sürülüb. Belə ki, İstanbul şəhərində Abdulla Çakıroğlu adlı vətəndaş qısa şort geyindiyi üçün gənc qadına fiziki təcavüz etmişdi. Gənc qadın onu haqsız yerə vurduğu üçün Abdullanı məhkməyə vermişdi. Məhkəmə isə dini dəyərlərinə görə başqasının şəxsiyyətini təhqir edən təcavüzkarı 3 il 10 ay müddətinə həbs cəzasına məhkum etmişdi.
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO










