Yeni polis bölməsində yalnız robotlar işləyəcək

Tezliklə Çin hakimiyyəti tərəfindən Uhan meqapolisində açılacaq nəqliyyat polis bölməsində yalnız bir robot (sənədlərin yoxlanması və verilməsi üçün nəzərdə tutulmuş avtomatlaşdırılmış sistem) işləyəcək. Xüsusi süni intellekt əsasında işləyən robot ziyarətçiləri dərhal müəyyənləşdirir ki, bu da uzun növbələri aradan qaldırmağa imkan verəcək.
Avtosfer.az ICTnews-a istinadən bildirir ki, süni intellekt 24/7 rejimində işləyə biləcək və o, "insan amili" riskindən uzaqdır. Bu avtomatlaşdırılmış sistemi ələ almaq və aldatmaq qeyri-mümkündür. Bütün prosedurların sürətlənməsi çinli sürücülərə öz bizneslərini optimallaşdırmağa və qazanclarını artırmağa kömək etməlidir.
Çin 2030-cu ilədək süni intellektin həyatın bütün sahələrinə tətbiqi sahəsində liderliyi ələ keçirməyə çalışır. Oksford Universitetində çalışan alimlərin məlumatına görə, 2025-ci ilədək ABŞ-da iş yerlərinin 7%-ni robotlar ələ keçirəcək, 2040-cı ilə onların payı artıq 47 % təşkil edəcək.
Orxan
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












