Yeni şok iddia – 23 sentyabrda qiyamət qopacaq

Planet və ulduzların hərəkətlərini incələyən mütəxəssislər İncildə yer alan bir kəhanətə istinad edərək, 23 sentyabr 2017-ci ildə qiyamət qopacağını iddia edib.
Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, son bir neçə ildir qiyaməti heç cür qopara bilməyənlər bu dəfə də 23 sentyabr 2017-ci il tarixinə işarə verib. Müqəddəs kitablarda yazılır ki, qiyamət gününü ancaq günahkar insanlar görə biləcək.
Vəhy 12 işarəti olaraq bilinən yeni bir nəzəriyyə isə qiyamətin günəşlə geyinmiş bir qadının ayaqları altında ay, başında da 12 ulduzlu tacın görünməsi ilə bərabər qopacağını iddia edir. Nəzəriyyələrdə şir və qız bürclərini astronomik sürətinin planetlərlə bərabər yaratdığı pozisiyanın bu kəhanəti ortaya çıxardığını deyir. Bu ilginc nəzəriyyəni müdafiə edənlər kəhanətdə haqqında danışılan qadının qız bürcünü, ulduzlu tacı da şir bürcünün təmsil etdiyini bildirirlər.
23 sentyabr 2017-ci ildə ay qız bürcünün ayaqları altında yer alacaq və Günəş ulduzu boyunca keçidini edəcək. Bu nəzəriyyəni müdafiə edən və yayan internet saytları hesab edir ki, sözügedən hadisə 7 il davam edəcək böyük sıxıntıların da içində olacağı iki mərhələli bir zaman dilimində baş verəcək.
Bu müddət ərzində insan oğlunun böyük təbii fəlakətlər yaşayacağı da fəlakət xəbərçilərinin dedikləri sırasındadır.
Ümumi xətləri etibarilə İncildə yer alan nəzəriyyə əslində ümumən Xristian aləmi tərəfindən rədd edilir. Xristianlar qiyamətin əlaməti olaraq İncildə yer alan 2 fikri mənimsəyirlər.
1. Selaniklilər 4:16-17’yə görə, cənnət tanrının həyatda olanları buludlara alınıb, götürüləcək günlərə qədər açıq qalacaq.
2. Petrus 3:10-da isə yazılır ki, “Amma Rəbbimin günü oğru kimi gələcək. O gün göylər böyük bir gurultu ilə ortadan qalxacaq, maddi nəsnələrin hamısı yanıb kül olacaq, yer və yer üzündə qurulmuş hər şey yanıb tükənəcək”.
Amma qiyamətə inanmaq Vəhy 12 İşarətinə inanmağı vacib bilmir. Bu nəzəriyyə amerikalı YouTube kanalı sahibi Villiam Tapley tərəfindən 2011-ci ildə yüklənən və sürətlənmədən bəhs edən ‘Stellarium’ adlı bir video ilə ortaya atılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












