Yer planetində gizli qitə AŞKARLANDI

Cənubi Afrikanın Vits Universitetinin professoru Luis Aşvalın rəhbərlik etdiyi tədqiqat qrupu Mavriki adasında 2,5-3 milyard il bundan əvvələ aid olan sirkon kristal parçalara rast gəlib. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, vulkanik lavanın tərkibində tapılan kristallar dəniz altında qalan gizli qitənin mövcudluğuna dair dəlildir. Çünki həmin kristallar Yer üzünə vulkanik lavalar vasitəsilə çıxıb. Alimlər vulkanik ada olan Mavrikinin altında "yatan" gizli qitəyə aid daha çox dəlillərə rast gəlinəcəyinə əminliklərini bildirirlər. Onların sözlərinə görə, sözügedən qitə bir neçə milyon il bundan əvvəl qitələr bir-birindən ayrıldığı zaman nəhəng dalğaların altında qalıb və okeanın dərinliklərinə qərq olub. Tədqiqatçılar iddia edirlər ki, təxminən bir milyard il əvvəl Yer üzündə sadəcə "Rodinya" adı verilən bir qitə mövcud olub. Qeyd edək ki, Norveç, Cənubi Afrika, Almaniya və İngiltərədən olan elm adamları 2013-cü ildə Hind okeanında 50-80 milyon il əvvələ aid təxminən 25-30 kilometr qalınlığında qara obyekt kəşf ediblər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












