Yerə komet yaxınlaşır - BU GÜN

Bu gün 45P adlanan kiçik komet Yerə yaxınlaşır. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev bildirib. Onun sözlərinə görə, bu gün o, Yerə ən yaxın məsafədə olacaq (11,909,145.6 km) və hava şəraitindən asılı olaraq, binokl və kiçik teleskoplar vasitəsilə belə müşahidə edilə biləcək: "Günəş radiasiyası kometin buzlu nüvəsini qızdırdıqca, parıltılı qaz şırnaqları kometin yaşıl atmosferinə püskürülür. Kometin buxarlanan nüvəsi ("başı") diatomik karbon (C2) şüalandırdığından, onun atmosferi də yaşıl rəngdə görünür". Kiçik Planetlər Mərkəzinin məlumatına əsasən, 1950-ci illərdən bəri ilk dəfə, müasir texnologiyaların müşahidələrdə istifadə olunduğu erada bu, hər hansı bir kometin Yerə səkkizinci ən böyük yaxınlaşmasıdır. Bu isə Yerlə Ay arasındakı məsafədən təqribən 31 dəfə uzaqdır. Kiçik ölçüsünə baxmayaraq, yaxından keçməsi kometin daha parlaq görünməsinə səbəb olur. Hesab olunur ki, bu həftənin sonunda, dan yeri sökülməzdən qabaq, 45P kometi səmada adi gözlə görünə biləcək (6-cı maqnitudlu) parlaqlığa malik olacaq. Onu müşahidə etmək üçün ən əlverişli vaxt fevralın 9-dan 12-dək Günəş çıxmazdan qabaq alaqaranlıq saatlardır. Komet səmanın şərq hissəsində Herkules bürcünün qarşısından "üzüb" keçəcək, həvəskar və peşəkar astronomlar üçün şəkillər çəkmək fürsəti yaranacaq.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












