Yerətrafı orbiti ən çox çirkləndirən ölkə

2017-ci ildə Yerətrafı orbitdə kosmik tullantıların sayı təqribən 500 obyekt artıb, bunlardan 298-i ABŞ-a məxsusdur. Avtosfer.az yeniavaz.az-a istinadən bildirir ki, bu barədə NASA-nın rüblük hesabatında deyilir. Hesabatda qeyd edilir ki, 2017-ci il yanvarın 4-dən aprelin 4-dək Yerətrafı orbitdə 471 yeni obyekt peyda olub. Hazırda onların ümumi sayə 18347 ədəd təşkil edir, bunlardan 4434-ü fəaliyyətdə olan və sıradan çıxmış peykdir, 13913-ü raket pillələri, kosmik texnikanın qalıqları və sürətyığan bloklardır. NASA-nın məlumatına görə, ən çox kosmik tullantı Rusiyaya məxsusdur (6501 obyekt, bunun 155-i yenidir). Bu göstərici üzrə ikinci yeri ABŞ tutur (6017 obyekt, bunun 298-i yenidir). Çin ilk üçlüyü tamamlayır. Bu ölkəyə məxsus kosmik tullantıların sayı 3806-dan 3801-dək azalıb. Digər ölkələr Yerətrafı orbitin çirklənməsinə praktiki olaraq təsir etməyiblər. Fransaya 532, Yaponiyaya 256, Hindistana 192, Avropa Kosmik Agentliyinə 134, digər ölkələrə isə 914 obyekt məxsusdur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












