Yol çəkilişi zamanı tarix üzə çıxdı - Şamaxıda - VİDEO

Yol çəkilişi zamanı tarix üzə çıxıb, xeyli maddi-mədəniyyət nümünələri aşkarlanıb. Şamaxının Dəmirçi kəndi ərazisində aşkarlanan nekropolun ərazisi təxminən 3 hektara yaxındır. Nekropolda əsaslı tədqiqatlara mayın əvvəlində başlanılıb. 600 kvadratmetrdən artıq sahədə qazıntı işləri aparılıb. Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-a qədər daş qutu qəbirlər aşkar edilib.
Kvadrat formada olan qəbirlərin hamısının divarları çay daşı və ya əhəng daşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə iri sal daşlarla qapanıb. Daşların ağırlığı isə 150-300 kq-dan artıqdır.
Daş qutu qəbirlərdə şüşə və metal nümunələr də qeydə alınıb. Metal əşyalar içərisində dəmir silah və bıçaqlar, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Tədqiq olunmuş 10 və 11 saylı qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb.
Bir sıra əlamətlərinə görə abidənin eramızın III-IV əsrlərinə aid olduğu güman edilir. Bənzər abidələr Xalqların Böyük Köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər türk xalqlarının yaşadığı ərazilərdə geniş yayılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












