Yol polisi sürücünü hansı halda saxlaya bilər? – MÜTƏXƏSSİS RƏYİ

Yol hərəkətinə nəzarət tədbirlərinin getdikcə sərtləşdiyi bir dövrdə sürücüləri maraqlandıran əsas suallardan biri də budur ki, niyə bəzən heç bir aşkar qayda pozuntusu olmadan polis əməkdaşları məhz müəyyən avtomobilləri saxlayır?
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin və Avropa ölkələrində fəaliyyət göstərən polis əməkdaşlarının açıqlamalarına görə, yoxlamalar zamanı diqqət yalnız nəqliyyat vasitəsinə deyil, həm də sürücünün davranış və görünüşünə yönəlir.
Bildirilir ki, sürücünün üzünü gizlədən aksesuarlar, iri papaqlar, çox tünd günəş eynəkləri və ya başlıqlar polis üçün şübhə doğuran amillərdən sayılır. Eyni zamanda, sürücünün polislə göz təmasından qaçması, həddindən artıq gərgin və ya əsəbi davranış sərgiləməsi də nəqliyyat vasitəsinin saxlanmasına səbəb ola bilər.
Bununla yanaşı, avtomobilin texniki və vizual xüsusiyyətləri də diqqət mərkəzində olur. Xüsusilə həddindən artıq tünd şüşə plyonkaları salonun görünməsini məhdudlaşdırdığı üçün tez-tez yoxlama səbəbinə çevrilir. Həmçinin yüksək səsli işlənmiş qaz sistemi, həddən artıq alçaldılmış şassi və qeyri-standart kosmetik dəyişikliklər də polisi cəlb edən əsas detallardandır.
Maraqlı məqamlardan biri də avtomobilin rəngi ilə bağlıdır. Statistik müşahidələrə görə, daha diqqətçəkən rənglərə, xüsusilə qırmızı rəngə malik avtomobillər digər nəqliyyat vasitələri ilə müqayisədə yoxlamalara daha çox cəlb oluna bilir.
Ekspertlər qeyd edirlər ki, xüsusilə həftəsonları və rəsmi bayram günlərində iri şəhərlərdə gecə saatlarında kütləvi yoxlamalar daha da intensivləşdirilir. Bu zaman spirtli içki ilə bağlı reydlər və qəfil nəzarət məntəqələri təşkil olunur, nəqliyyat axınının ən sıx olduğu ərazilər xüsusi diqqətdə saxlanılır.
Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, həm davranış, həm də avtomobilin texniki vəziyyəti baxımından qaydalara riayət etsinlər. Çünki bəzən kiçik görünən detallar belə əlavə yoxlamaya səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO












