Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI

Zibil və tullantıların çoxluğu çoxmilyonlu meqapolislərin, son vaxtlar isə qaynar ritmindən uzaq kənd yerlərinin də ciddi probleminə çevrilib. Amma əksər cəmiyyətlərdə zibilyığan peşəsi heç zaman prestijli iş sayılmayıb. Ağır iş şərtləri, pis qoxu və s. bu sahədə çalışmaq istəyənlərin sayını xeyli azaldır. Bəzi ölkələr zibilyığan peşəsinə marağı artırmaq üçün onlara yüksək əmək haqqı da təqdim edir.
Maraqlıdır ki, Şərq ölkələrindən fərqli olaraq, Qərbdə bu peşənin sahibləri çox yüksək maaşla təmin olunurlar. Avtosfer.az modern.az-a istinadən ayrı-ayrı ölkələrdə zibil yığanların aldığı əmək haqqınını miqdarı barədə məlumatı təqdim edir.
ABŞ. Bu ölkədə zibil yığanlar çox yüksək maaş alırlar. Belə ki, onlar ildə 25 min dollardan 40 min dollar qədər gəlir əldə edə bilərlər. Kaliforniya ştatında zibil yığanın 1 saatlıq əməyi 16 dollara qiymətləndirilir. Əlavə iş növbəsinə çıxanlar isə ildə 60 min dollar qazana bilərlər. Bu məbləğ nüfuzlu universitetləri bitirən şəxslərin gəlirlərini üstələyir. Amma zibil yığan işləmək elə də asan deyil. ABŞ-da vacant yerə işçi görüən zaman onun fiziki hazırlığı, pis qoxulara qarşı dayanıqlılığı, şəxsi gigiyenası və işə olan məsuliyyəti nəzərə alınır. Adətən, zibil yığan maşının sürücüsü köməkçisindən daha çox pul qazanır.
Almaniya. Bu Qərbi Avropa ölkəsində də zibil yığan peşəsi prestijli sayılır. Təhsilsiz orta işçi ayda 1500-2200 avro pul qazana bilir. Müvafiq təhsil səviyyəsi və sürücülük vəsiqəsi almış şəxslər isə ayda 3500 avroya qədər maaş alır. Zibilxananın avtoparkının dispetçeri yaxud qrup rəhbəri ildə 50 min avroya qədər maaş ala bilir. Fiziki işin ağırlığı və sağlamlığa ziyanına baxmayaraq Almaniyada zibil yığanlara yüksək maaş verildiyi üçün vakant yer demək olar ki, olmur.
Rusiya. Bu ölkədə zibil yığan peşəsi populyar deyil və əsasən ölkəyə iş arxasınca gələn miqrantlar tərəfindən yerinə yetirilir. Bölgələrə nisbətən, Moskva və Sankt-Peterburqda 9 saatlıq iş növbəsinə görə zığanlar 30 min rubl (5000-600 dollar) maaş alırlar. Regionlarda isə analoji işə görə əmək haqqı 2 dəfə azıdr.
Azərbaycan. Ölkəmizdə də zibil yığan peşəsi heç zaman populyar olmayıb və adətən ali təhsili olmayan şəxslərin çalışdığı sahədir. Bu sfera Azərbaycanda bələdiyyə və mənzil-kommunal təsərrüfat idarələrinin nəznində fəaliyyət göstərir. Əmək haqlarının azlığı (150-400 manat) da ölkəmizdə zibil yığma peşəsi ilə məşğul olmaq istəyən insanların sayını azaldır.
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










