Abşeronda işıqforun qırmızı işığında keçən piyadalar CƏRİMƏLƏNDİ - VİDEO

Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piyadalarla bağlı maarifləndirici tədbir həyata keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir əsasən Xırdalan şəhəri ərazisində təşkil olunub. Piyada zolağı olduğu halda həyatını təhlükəyə ataraq haradan gəldi yolu keçən piyadalarla söhbət aparılıb. DYP əməkdaşları tərəfindən piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədilə nəzarət tədbirləri gücləndirilib. Xırdalan şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub.

Həmçinin piyadalar yol-hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb. Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, “Yol-hərəkəti haqqında” qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.
Tədbir əsasən məktəblərə yaxın ərazidə təşkil edildiyi üçün uşaqlı valideynlər və məktəblilərə yolu yalnız piyadalar üçün nəzərdə tutulmuş hissələrdən keçilməsi tövsiyə olunub. Şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində təşkil olunan tədbirdə işıqforun piyadalar üçün qırmızı işığı yanan vaxtı yolu keçən şəxslərə cərimələr tətbiq olunub.
Səfər
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Sağa-sola baxıb cərimədən yayınmaq istəyən sürücü kameraya düşdü - VİDEO
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO












