Bakıda daha bir dəhşətli qəza - Sürücü yuxuladı, iki nəfər öldü

Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində mikroavtobus aşıb, ölən və xəsarət alanlar var. Avtosfer.az-ın xəbərinə görə, hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 5 yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü sükan arxasında mürgülədiyi üçün avtomobil idarəetmədən çıxaraq aşıb. 68 yaşlı sürücü ilkin dindirmə zamanı deyib ki, hadisə bir anda baş verib. Avtomobildə texniki nasazlıq baş verdiyi üçün yoldan çıxıb, sürücü isə onu saxlaya bilməyib. Digər məlumata görə, sürücü onun yanında oturan sərnişinlə söhbət edirmiş, başı söhbətə qarışdığı üçün qəza baş verib. Ancaq həmin sərnişin bildirib ki, o, telefonda oyun oynayırmış, birdən maşın aşıb.
Məlumata görə, sürücünün sükan arxasında yuxulaması ehtimalı daha böyükdür. Çünki mikroavtobus səhər saat 4.45 radələrində yola çıxıb, hadisə isə saat 10.00 radələrində Ələt qəsəbəsindəki körpünün yanında baş verib. Maraqlıdır ki, sürücünün bütün kateqoriyaları var, qayda pozmağa meyilli sürücü də deyil.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













