Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO

Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində sürücünün kobud qayda pozuntusu kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 27-də saat 10:51 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 77-NS-734 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olarkən sol zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədən həmin zolağa manevr edib. Nəticədə digər sürücünün qarşısını kəsərək qəza şəraiti yaradıb və onun sarı torun üzərində qalmasına səbəb olub.
Hadisədən sonra təhlükəylə üzləşən avtomobilin sürücüsü qayda pozan şəxsə yaxınlaşaraq niyə onun zolağına daxil olduğunu soruşub. “Changan”ın sürücüsü isə qarşısının boş olmadığını əsas gətirərək öz hərəkətinə haqq qazandırmağa çalışıb.
Digər sürücü ona qarşısındakı avtomobilin hərəkətini gözlədiyini xatırladıb. Buna cavab olaraq “Changan”ın sürücüsü də eyni səbəbi göstərib. Qarşı tərəf isə “Sən öz qarşını gözləsəydin, mənim qabağıma keçməzdin” deyərək onun ziddiyyətli açıqlamasına etiraz edib.
Nərmin
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO











