Sürət həddini aşaraq 2 nəfərin ölümünə səbəb olan "Range Rover" sürücüsü SAXLANILDI

Bakıda 2 nəfərin ölümündə təqsirləndirilən "Range Rover" sürücüsü saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə cinayət işi başlanıb. Qanunvericiliyə uyğun olaraq təyin edilən yol-nəqliyyat ekspertizasının rəyi əsasında hadisədə təqsiri sübuta yetirilən “Range Rover” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Beytulla Babayev saxlanılıb.
Xatırladaq ki, oktyabrın 8-də Sabunçu rayonunda - Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə “KİA” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb. Bildirilib ki, hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə “KİA”da olan 2 gənc dünyasını dəyişib.
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
Masazır körpüsündə dəhşətli qəza: Yük maşını taksinin üzərinə aşdı, ölən var - VİDEO











