Banner

Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU

Qəzalar 18 Noyabr 2026 23:54
Azərbaycanda ağır qəzada ölən ata və qızın FOTOSU
WhatsApp kanalımıza abunə olun

Qazaxda ağır qəzada həlak olanlar arasında ata və azyaşlı qızı da var.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, Sənan Dərgahquliyev və G.Dərgahquliyevanın fotosunu təqdim edir:


 

***

Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobillər toqquşub.

Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində hər iki sürücü və “Tofaş”ın iki azyaşlı sərnişini həlak olub. “Tofaş”da olan bir qadın sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırır. Hər bir sürücü nəzərə almalıdır ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasındadır.

***

Qazaxda baş verən avtomobil qəzasında üç nəfər ölüb, iki nəfər xəsarət alıb.

Avtosfer.az oxu.az-a istinadla xəbər verir ki, Yuxarı Salahlı-Kəmərli avtomobil yolunda "Opel" və "Tofaş" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Sənan Dərgahquliyev, onun azyaşlı oğlu və azyaşlı bacısı oğlu həlak olub.

Daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var. Qəzada ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var - FOTO

Oxunub : 982
ŞƏRH YAZ
Ad

E-mail

Şərh