Banner

Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı - YENİLƏNİB

Xəbərlər 24 Noyabr 2026 09:06
Rusiyada prodüser Elmir Məhərrəmovun meyiti tapıldı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov vəfat etməzdən qısa müddət əvvəl borclarla və alkoqol asılılığı ilə bağlı problemlər yaşayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə rusiyalı şoumen Sergey Dvortsov "RİA Novosti"yə bildirib.

Onun sözlərinə görə, böyük məbləğdə borclarına görə bir çox insan Məhərrəmovu axtarırmış.

Şoumen iddia edib ki, prodüser müxtəlif şəxslərə ümumilikdə beş milyon rubl (103 420 manat - red.) borclu olub.

"Alkoqolla bağlı problemləri var idi. Son bir ildə çox qapalı insan olmuşdu, az adamla ünsiyyət qururdu", - deyə Dvortsov bildirib.

***23 noyabr 23:35
Rusiyalı musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında dünyasını dəyişib.

Avtosfer.az xəbər verir ki, o, Moskvanın qərbində, Vasili Lanovoy küçəsində ölü tapılıb.

Hazırda Məhərrəmovun ölüm səbəbi məlum deyil. Prodüserin intihar etdiyi və ya bədbəxt hadisənin qurbanı olduğu ehtimal edilir. 

Qeyd edək ki, Məhərrəmov 10 ildən artıq müddət ərzində şou-biznes sahəsində çalışıb. O, "360 dərəcə" formatında layihələrin idarə olunması üzrə ixtisaslaşıb. Müxtəlif illərdə "Self Made Music", "Archer Music" və "Out of Records" leybllərinə rəhbərlik edib.

Musiqi meneceri və konsert təşkilatçısı kimi Olqa Buzova, "Artik & Asti" ilə əməkdaşlıq edib. Leybl rəhbəri kimi isə Buzova, Dima Bilan, "Artik & Asti", T'Killah, "Alex & Rus", Dashi və digər ifaçılarla çalışıb./Oxu.az

Oxunub : 324
ŞƏRH YAZ
Ad

E-mail

Şərh