DİM-in yeni sədri o olacaq?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. M.Abbaszadə digər sərəncamla Bakı Dövlət Universitetinin rektoru təyin olunub.
Avtosfer.az yenisabah-a istinadən xəbər verir ki, bir müddət əvvəl saytımıza açıqlamasında keçmiş deputat Etibar Əliyev DİM rəhbərinin dəyişəcəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hazırkı rektoru Rüfət Əzizovun bu quruma sədr təyin olunacağı haqda açıqlama vermişdi.
46 yaşlı rektor 2023-2025-ci illərdə Sumqayıt Dövlət Universitetinin rektoru, 2021–2023-cü illərdə isə Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, R.Əzizov iddia ilə bağlı nisbətən ehtiyatlı cavab vermişdi:
“Əvvəl Təhsil İnstitutunun direktoru, sonra Sumqayıt Dövlət Universitetinin rektoru olmuşam, hazırda isə ADNSU-nun rektoruyam. Etimad göstərilən yerdə etimadı doğrultmağa çalışırıq.
Dövlət İmtahan Mərkəzinin sədri olacağımla bağlı iddialara gəlincə, bunu mən də mediadan oxudum və başqa heç bir məlumat yoxdur. DİM ölkəmizin şəffaf və yüksək səviyyədə təşkil olunmuş qurumlarından biridir. Bizim bu mərkəzlə çox sıx əməkdaşlığımız var, istənilən problemlərimizə çox operativ reaksiya verirlər və həll yolu tapa bilirlər”.
Xatırladaq ki, 1992-ci ildə yaradılan və köhnə adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası olan Dövlət İmtahan Mərkəzinə sırası ilə Vurğun Əyyub (1992-1993), Kamran İmanov (1993-1995), Faiq Nağıyev (1995-1996) və Məleykə Abbaszadə (2000-2026) rəhbərlik edib.
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ












